Holan: "Tibb işçiləri bədənimi qaydaya salmaq üçün çox iş gördülər"
31.12.2022 - 00:18
Holan: "Tibb işçiləri bədənimi qaydaya salmaq üçün çox iş gördülər"

"Mançester Siti"nin hücumçusu Erlinq Holan səhhəti barədə danışıb.

Apasport.az xəbər verir ki, norveçli hücumçu klubun həkimlərinin sayəsində zədəsini sağaltdığını deyib: "Özümü yaxşı hiss edirəm. Tətilə çıxdım və batareyalarımı doldurdum. Mövsümün ikinci yarısına hazıram. Özümü yaxşı hiss edirəm. Biz qalib gəlirik. Bu heyrətamizdir və bunu etməyə davam etməliyik.

Tibb işçiləri bədənimi qaydaya salmaq üçün çox yaxşı iş gördülər. Problemim var idi, amma indi daha yaxşıyam”.

Qeyd edək ki, norveçli hücumçu oktyabrda Çempionlar Liqasında Dortmund "Borusiya"sına qarşı matçda zədələnmişdi. O, İngiltərə Premyer-liqasının ötən tur matçında "Lids"ə 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0