Sabah futbol üzrə Amerika Kuboku start götürəcək
20.06.2024 - 16:18
Sabah futbol üzrə Amerika Kuboku start götürəcək

Bu gecə Amerika kuboku start götürəcək.

Apasport.az xəbər verir ki, 48-ci dəfə təşkil olunacaq yarışa ABŞ ev sahibliyi edəcək.

Yarışda Cənubi Amerikanın 10 komandası və KONKAKAF-ı təmsil edən 6 yığma mübarizə aparacaq. İştirakçılar 4 qrupa bölünüb.

Son çempion Argentina titulunu qorumağa çalışacaq. Lionel Messi və komandası əsas rəqibləri Braziliya ilə yalnız finalda qarşılaşa bilər. Həlledici qarşılaşma iyulun 14-dən 15-nə keçən gecə baş tutacaq.

Qrupların tərkibi isə belədi:

A qrupu: Argentina, Kanada, Peru, Çili

B qrupu: Ekvador, Venesuela, Meksika, Yamayka

C qrupu: ABŞ, Boliviya, Uruqvay, Panama

D qrupu: Kolumbiya, Paraqvay, Braziliya, Kosta-Rika

writer photo
Əlirza Əlirzalı
0