“Göstərdiyimiz oyun pis deyil, ancaq idealdan uzaqdır”.
Apasport.az xəbər verir ki, "Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
56 yaşlı mütəxəssis “qırmızıların” oyununun ideal olmadığını düşünür: “Deyərdim ki, yaxşıdır. Ancaq düşünürəm ki, ideala çatmaq üçün çox çalışmalıyıq. Stabil olmamağımız bəzən gözlənilməz xal itkisinə səbəb olur. Hələ ki, hər şey həll olunmayıb”.
Qeyd edək ki, 12 turdan sonra “Liverpul” Premyer Liqanın turnir cədvəlində lider "Mançester Siti"dən bir xal geri qalaraq ikinci yerdədir. Mersisaydlılar növbəti matçını noyabrın 25-də “şəhərlilər”ə qarşı keçirəcək.