Rusiya millisinin oyununu türkiyəli hakimlər idarə edəcək
19.03.2024 - 14:49
Futbol üzrə Rusiya və Serbiya yığmaları arasında keçiriləcək yoxlama oyununu Türkiyədən olan hakimlər briqadası idarə edəcək.
Apasport.az “Sport-Express”ə istinadən xəbər verir ki, baş hakim Arda Kardeşler, köməkçiləri Abdullah Bora Ezkara və Murat Tuğberk Cürbay, VAR hakimi Hakan Ceylan və köməkçisi Serkan Tokat olacaq.
Qeyd edək ki, Rusiya və Serbiya milli komandaları arasında görüş martın 21-də baş tutacaq.
0
0