“Bavariya” “Qatar Airways” şirkəti ilə sponsorluq əməkdaşlığına son qoyur.
Apasport.az-ın məlumatına görə, bu barədə klubdan məlumat verilib.
Tərəflər 2018-ci ildən əməkdaşlıq edirdilər. Hazırki müqavilə iki gün sonra başa çatacaq. İki həftə əvvəl Münhen klubunun prezidenti Herbert Hayner danışıqların davam etdirdiyi bildirsə də, nəticə uğursuz olub. Qətər şirkətində insan haqlarının pozulması hallarının baş verməsi Almaniyada ciddi etirazlarla qarşılanıb. Bu amilin “Bavariya”nın seçimində rol oynadığı bildirilir.
Qeyd edək ki, sponsorluq müqaviləsini dəyəri 25 milyon avro idi.
“Bavariya”-“Qatar Airways” əməkdaşlığı bitdi
28.06.2023 - 21:38
0
0