“Sürix” – “Qarabağ”: Kim şanslıdır?
27.07.2022 - 16:43
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Sürix” (İsveçrə) - “Qarabağ” (Azərbaycan) görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq Sürixin eyniadlı təmsilçisini matçın favoriti sayırlar.
Bu gün “Letzigrund” stadionunda baş tutacaq matçda “Sürix”in qələbəsi 2,00, “Qarabağ”ın uğuru 3,26 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,56 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
0
0