Bundesliqada “ATIŞMA”: 38 min “layk” 
01.02.2023 - 13:57
Bundesliqada “ATIŞMA”: 38 min “layk” 

İskonun “Union”a baş tutmayan keçidi maraqlı hadisə ilə müşayiət olunub.

Apasport.az saytının məlumatına görə, ispaniyalının transferinin son anda gerçəkləşməməsi Bundesliqa klubları arasında “atışma” ilə nəticələnib.

“Union” kubok matçında öz meydanında “Volfsburq”la (2:1) qarşılaşıb. Berlin klubu matçdan öncə heyətini sosial şəbəkədə paylaşıb.

“Leypsiq”in rəsmi səhifəsi tvitterdəki paylaşıma “İsko hanı?” rəyini yazıb. Bu, ironiyalı sual 12 saata 3 min bəyənmə toplayıb.

Berlin klubu bunu cavabsız qoymayıb. Paytaxt təmsilçisi Leypsiqin eyniadlı klubunun 2009-cu ildə yaranmasına “ilişib”: “Bəs ənənələr hanı?”. Bu cavaba 35 min “layk” yığıb.

Qeyd edək ki, Berlinə gələrək tibbi müayinədən keçən İskonun müqaviləsi ilə bağlı razılıq əldə olunmayıb.
 

writer photo
Əlirza Əlirzalı
0