"Napoli"nin prezidenti futbolçuları evə buraxmayıb
09.01.2024 - 14:55
"Napoli"nin prezidenti futbolçuları evə buraxmayıb

“Napoli”nin futbolçuları “Torino”ya (0:3) darmadağından sonra evə buraxılmayıb.

Apasport.az xəbər verir ki, komanda növbəti oyuna qədər oteldə qalacaq. Bu qərarı klub prezidenti Aurelio De Laurentis verib. Futbolçuların da bu intizam tədbiri ilə razılaşdığı bildirilir.

Qeyd edək ki, son 4 turda "Napoli" 3 məğlubiyyət alıb, 1 görüşdə isə heç-heçə edib.

 
writer photo
Əlirza Əlirzalı
0