"Atletik" müdafiəçisi ilə müqavilə müddətini uzadıb
01.06.2024 - 21:54
La Liqa təmsilçilərindən "Atletik" müdafiəçisi Dani Vivian ilə müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yeni müqavilə 2032-ci ilin yayına kimi nəzərdə tutulub.
24 yaşlı futbolçu son mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. Vivian İspaniya millisinin AVRO-2024 üçün ilkin heyətinə daxil edilib.
0
0