“Atletiko”nun məqsədi
16.11.2023 - 18:18
“Atletiko”nun məqsədi

“Atletiko”nun əsas məqsədi bəlli olub.

Apasport.az xəbər verir ki, bunu İspaniya klubunun baş məşqçisi Dieqo Simeone açıqlayıb.

53 yaşlı argentinalı mütəxəssis etiraf edib ki, heç vaxt Çempionlar Liqasını qazanmaq istəyində olmayıb: “Bizim üçün əsas məqsəd Çempionlar Liqasını qazanmaqdan çox, bu yarışın iştirakçıları sırasında olmaqdır. Çempionlar Liqasını qazanmağa həvəsli deyiləm. Bu komanda heç vaxt qalib adını qazana bilməyib. Yarışın bir parçası olmaq bizim üçün sevindiricidir. Kuboku qazanmaq… Düşünürəm ki hər bir məşqçinin belə bir xəyalı var!”.

Qeyd edək ki, paytaxt klubu Simeonenin rəhbərliyi altında iki dəfə Çempionlar Liqasının finalına yüksəlsə də, hər ikisində “Real”a məğlub olub.

writer photo
Əlirza Əlirzalı
0