Bakı Atıcılıq Mərkəzində keçiriləcək güllə və stend atıcılığı üzrə Dünya Kubokuna hazırlıq mərhələsi davam edir.
Apasport.az satının məlumatına görə, 28 may – 7 iyun tarixləri arasında təşkil olunacaq beynəlxalq turnirdə 66 ölkədən 701 idmançı və 331 nümayəndənin iştirakı nəzərdə tutulub.
Dünya Kubokunun texniki nümayəndəsi Abdullah Al Hammadi Azərbaycanın mötəbər yarışa hazır olduğunu, iştirakçılar üçün Bakı Atıcılıq Mərkəzində yüksək səviyyəli şərait yaradıldığını bildirib.
Azərbaycanın medal ümidi Ruslan Lunyov isə Dünya Kubokuna hazır olduğunu və maksimum nəticə göstərməyə çalışacağını deyib.
Lunyov özünün və Azərbaycanı təmsil edəcək atıcıların şanslarını yüksək qiymətləndirdiyini bildirib, mümkün güclü küləyin xeyrimizə olacağını gizlətməyib.