“Milan”a keçməkdən imtina etdi
10.09.2022 - 16:53
“Milan”a keçməkdən imtina etdi

“Mançester Yunayted”in futbolçusu Dioqo Dalot İngiltərə klubunda qalmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Milan”ın təklifini rədd edib.

İtaliya klubu 23 yaşlı portuqaliyalını heyətinə qatmaq istəyib. Amma Dalot “Mançester Yunayted”in əsas heyətinə düşmək uğrunda mübarizə aparmağa üstünlük verib.

Qeyd edək ki, Dioqo cari mövsümün 7 matçında 1 assistə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0