Messi rekordlara doymur
07.02.2024 - 17:17
Messi rekordlara doymur

Lionel Messinin daha bir rekorda sahib olduğu bəlli olub.

Apasport.az xəbər verir ki, “PopFoot” nəşrinin hesablamalarına görə, Argentina millisinin kapitanı 2009-cu ildən bəri yüksək liqalarda ən çox matçın adamı seçilən futbolçudur.

Karyerasını ABŞ-nın “İnter Mayami” klubunda davam etdirən 36 yaşlı hücumçu “Barselona” və PSJ-də oynadığı zaman meydana çıxdığı 628 oyunun 324-də (51,6 faiz) ən yaxşı seçilib.
Portuqaliyalı Kriştiano Ronaldo isə (“Mançester Yunayted”, “Real”, “Yuventus”) 612 matçın 176-da (28,8 faiz) bu ada layiq görülüb. 
İlk üçlüyü daha bir tanınmış futbolçu Neymar qapayır. Braziliyalı superistedad “Barselona” və PSJ-nin heyətində meydana çıxdığı 336 matçın 90-da (6,8 faiz) sözügedən nailiyyəti göstərib.

writer photo
Əlirza Əlirzalı
0