Zidandan BEŞ İMTİNA
21.01.2023 - 17:41
Zidandan BEŞ İMTİNA

Zinəddin Zidan “Yuventus”un baş məşqçisi olmaq istəyir.

Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis bu üzdən 5 komandanı çalışdırmaq təklifindən imtina edib.

O, Portuqaliya, Braziliya, ABŞ, Qətər və BƏƏ milli komandalarının “sükanı arxası”na keçmək təklifini rədd edib. Zidan Turin klubunda Massimiliano Alleqrini əvəzləməyə əsas namizəd sayılır.

Qeyd edək ki, fransalı 1996-2001-ci illərdə “Yuventus”un formasını geyinib.
 

writer photo
Əlirza Əlirzalı
0