Paytaxt klubu argentinalı futbolçusunu satacaq
15.10.2022 - 23:39
Paytaxt klubu argentinalı futbolçusunu satacaq

“Atletiko”nun yarımmüdafiəçisi Rodriqo de Paul klubu tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi 28 yaşlı argentinalını qış fasiləsində satmağı istisna etmir.

“Atletiko” rəhbərliyi ümid edir ki, de Paul DÇ-2022-də parlaq çıxış edəcək və Qətərdəki mundialdan sonra sərfəli məbləğdə təkliflər gələcək.

Qeyd edək ki, de Paul bu mövsüm 9 oyun keçirib. Onun transfer qiyməti 35 milyon avro qiymətləndirilir.

writer photo
Əlirza Əlirzalı
0