Sumqayıtda qolsuz heç-heçə - YENİLƏNİB
29.10.2023 - 17:54
Sumqayıtda qolsuz heç-heçə - YENİLƏNİB

Premyer Liqanın XI turu çərçivəsində bu gün 2 oyun keçiriləcək.

Apasport.az xəbər verir ki, “Kapital Bank Arena”da baş tutacaq ilk görüşdə Sumqayıtın eyniadlı komandası “Qəbələ”ni qonaq edib. 

Həftəiçi II turdan təxirə salınmış matçda “Sabah”a 1:0 hesabı ilə qalib gələn “kimyaçılar” bu gün dəfə meydan amilindən istifadə edə bilməyiblər. Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb. Son iki turda məğlub olan "Qəbələ" bir xala razı olub.

Nəticədə "Sumqayıt" turnir cədvəlində 5-ci pilləyə yüksəlmək şansını əldən verib. "Qəbələ" isə 8 xalla autsayderlər qrupunda yer alır.

Misli Premyer Liqası
29 oktyabr
16:00. “Sumqayıt” – “Qəbələ” - 0:0
"Sumqayıt":
1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 10. Kamran Əliyev, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
"Qəbələ": 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sumqayıt. “Kapital Bank Arena”

 

1 Zirə 11 6 3 2 11-7 21
2 Qarabağ 10 6 2 2 20-8 20
3 Səbail 11 5 3 3 19-17 18
4 Araz-Naxçıvan 10 5 2 3 13-10 17
5 Neftçi 10 4 3 3 11-9 15
6 Turan Tovuz 11 4 3 4 18-13 15
7 Sumqayıt 11 4 3 4 10-13 15
8 Sabah 10 2 4 4 14-14 10
9 Qəbələ 11 2 2 7 7-20 8
10 Kəpəz 11 1 3 7 5-17 6

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 7 qol, Aleksandr Ramalinqom ("Səbail") - 5 qol, Pedro Nuno ("Səbail") - 4 qol

writer photo
Əlirza Əlirzalı
0