Elçin Məsiyev UEFA Konfrans Liqası matçına təyinat alıb
26.11.2024 - 11:54
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Konfrans Liqası matçına təyinat alıb.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Belçikada yerli “Serkl Brügge” və Şotlandiyanın “Harts” komandaları arasında keçiriləcək IV turun matçını idarə edəcək.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Noyabrın 28-də Brügge şəhərində yerləşən “Jan Breydel” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
- “Mingəçevir” yox olmaq təhlükəsi ilə üz-üzə – Komandanın taleyi necə olacaq?
- “Xankəndi” FK-nın doğma şəhərinə köçürülməsi planlaşdırılır
- “Qarabağ” Yankoviçlə bağlı yayılan xəbərlərə son qoydu - RƏSMİ AÇIQLAMA
- AFFA rəsmisinə beynəlxalq təyinat
- Afrikada ilin ən yaxşısı adına namizədlər: Osimhen və Salah siyahıdan kənarda
0
0