Təmsilçimiz ən yaxşı hakim adına layiq görülüb
26.11.2024 - 12:34
Təmsilçimiz ən yaxşı hakim adına layiq görülüb

Bosniya və Herseqovinanın Sarayevo şəhərində 21 yaşadək taekvondoçular arasında keçirilən Avropa çempionatında və “Bosnia Open” beynəlxalq turnirində beynəlxalq dərəcəli referi Aygül Abdullayeva ölkəmizi hakim kimi təmsil edib.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb. 

Təmsilçimiz “Bosnia Open” beynəlxalq turnirində qadınlar arasında yarışın ən yaxşı hakimi adına layiq görülüb.

writer photo
Əlirza Əlirzalı
0