Xavi: “Hər şey oyunçulara təsir edir” 
13.11.2023 - 23:03
Xavi: “Hər şey oyunçulara təsir edir” 

“Mətbuatdan gələn tənqidlərin komandaya təsirinə şübhə etmirəm”.

Apasport.az xəbər verir ki, bunu “Barselona”nın baş məşqçisi Xavi deyib.

O, kluba olan tənqidlərə şərh verib: “Bu, oyunçu kimi başıma gəlib və indi görürəm. Bizə zərər verən neqativlik atmosferi yaranır. Deyilən hər şey oyunçulara təsir edir”.

Qeyd edək ki, 43 yaşlı çalışdırıcı 1998-2015-ci illərdə kataloniyalıların heyətində çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0