“İlk hissəni standartlardan çox aşağı səviyyədə oynadıq. Heç cür oyunumuz alınmırdı, düzgün ötürmələr verə bilmirdik”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.
İtaliyalı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə görüşdən sonra mətbuat konfransında iştirak edib. De Byazi “Dalğa Arena”dakı qarşılaşmanın birinci hissəsindən narazı qalıb: “Fasilədə üç əvəzetməyə getdik, komandanı dəyişdik. İkinci yarıda çox yaxşı oynadıq. Daha çoxuna layiq idik. Son dəqiqədəki epizod qol olsaydı, bəxtimiz gətirsəydi, oyunu uda bilərdik. İlk yarıdan məyus qaldım, ikinci hissədən çox razıyam”.
- İlk hissədən razı qalmadığınızı dediniz. Bu, əsas heyət düzgün seçilmədiyini göstərir?
- Maraqlı sualdı.. Biz çoxdandır 4-2-3-1 sistemi ilə oynayırdıq. Oyundan qabaq beynimə şübhələr gəlmişdi ki, sistemi dəyişim. Çünki Estoniyanın necə oynadığını bilirdik. Amma sistemi dəyişsəydik və alınamasaydı, siz məni "öldürərdiz". İlk hissədə oyunumuz yaxşı getmədi və komandanı dəyişməyə məcbur olduq. Bizdə mövsüm bitib, çox oyunçular yorğundur. Estoniya bizdən daha hazırdır, çünki onlarda çempionatın ortasıdır. Estoniya fiziki, yaxşı keyfiyyətlərə malik rəqibdir. Nəticəyə görə məyusam. Amma ikinci yarıdakı oyundan razıyam.
- Ard-arda qələbələr qazandız, dediz ki, bina tikirəm. İki oyunda uduzduz, binanın axırı necə oldu?
- Sənin kimi insanlar çoxdur. Daha çox düşən bir ağacın səsini eşidirsən, nəinki qurulan meşənin.
- Azərbaycan xalqı sizdən qələbə gözləyirdi. Düşünürsən ki, bundan sonra qələbə olmayacaq və öz prestijinizə görə çıxıb gedəsiz?
- Qrupumuz haqda nə düşünürsən?
- Dünən Ermənistan Uelsə qalib gəldi...
- Bizim qrupumuz haqda nə düşünürsüz? Futboldan yaxşı başın çıxır. Neçənci yeri tutmalıyıq? Biz futboldan danışırıq, yoxsa hansısa barda oturub söhbət edirik? Azərbaycan hara çıxmalıdır? Uğur qazanmaq üçün yaxşı maşınının olmalıdır.
- İlk gələndə belə demirdiz...
- Siz məndən yaxşı bilirsiz, futbol cəmiyyətində nələr baş verir. Bu az vaxtda belə az futbolçu ilə az periodda nəsə etmək çətindir.
- Nə qədər vaxt lazımdır? Qurban Qurbanov kimi İtaliyada uğursuz nəticə göstərsəydi, İtaliya xalqı nə deyərdi?
- Bu nə sualdır?
- Bəzən sürücü maşından bezəndə, satıb gedir. Hər dəfə bəhanə edirsiz...
Bir şeyi yarımçıq qoyub getmək xarakterimdə deyil. Daha güclü komandanın təklifi var idi. Müqaviləm olduğuna görə getmədim. Başqa belə suallarınız var?
-İşinizi yarımçıq qoysaz nə baş verər?
Əgər getsəm, nə baş verər? Məni qovsalar, gedəcəm.