Kapitan "Borussiya"nı sabiq komandasına dəyişir
19.01.2024 - 22:41
Kapitan "Borussiya"nı sabiq komandasına dəyişir

Daha əvvəl xəbər verdiyimiz kimi, Almaniya milli komandasının üzvü Marko Roys “Borussiya”nı (Dortmund) tərk edərək sabiq komandasına qayıtmağı planlaşdırır. 

Apasport.az “Bild”ə istinadən xəbər verir ki, təcrübəli futbolçunun “Borussiya”ya (Münhenqladbax) keçidi baş tuta bilər.

34 yaşlı yarımmüdafiəçinin Dortmund klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.

O, artıq sabiq komandası ilə danışıqlara da başlayıb. Roys 2009-2012-ci illərdə Münhenqladbax klubunda oynayıb.

writer photo
Əlirza Əlirzalı
0