Barak Baxarın Bakıda mətbuat konfransı olmayacaq
31.07.2024 - 21:12
Barak Baxarın Bakıda mətbuat konfransı olmayacaq

İsrailin "Makkabi" klubu Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Sabah"ın qonağı olacaq.

Apasport.az xəbər verir ki, Hayfa təmsilçisinin baş məşqçisi Barak Baxarın oyunöncəsi mətbuat konfransı baş tutmayacaq. Buna səbəb komandanın Bakıya gecə saatlarında çatmasıdır.

Qeyd edək ki, "Sabah" - "Makkabi" qarşılaşması sabah saat 20:00-da "Bank Respublika Arena"da baş tutacaq. Komandalar arasında ilk görüş Azərbaycan klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0