Van Bronxorst üçün son həftə
26.11.2024 - 13:57
Türkiyənin “Beşiktaş” klubunda baş məşqçi Covanni van Bronxorstun postu təhlükədədir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi mütəxəssisin işindən narazıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Rəhbərlik Covanni ilə görüşüb və ona iki oyunluq şans verib.
“Beşiktaş” növbəti oyunlarda xal itirəcəyi halda, mütəxəssislə yollar ayrılacaq.
“Qara qartallar” son 4 oyunda cəmi 1 xal qazanıb. Komanda son olaraq Super Liqada azarkeşləri önündə “Göztepe”yə uduzub – 2:4.
“Beşiktaş” Super Liqada 12 turdan sonra 21 xalla 6-cı sıradadır.
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
0
0