"Turan" 3 xalı 1 qolla qazanıb -YENİLƏNİB
30.08.2024 - 19:38
<span ><b>"Turan" 3 xalı 1 qolla qazanıb -YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 5-ci tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Günün ilk görüşündə "Turan Tovuz" doğma azarkeşlər önündə "Səbail"i qəbul edib.

4 turdan sonra qərb təmsilçisi 10 xalla vahid liderdir. "Dənizçilər" isə 4 xalla 6-cı pillədə qərarlaşıblar. 

Qurban Berdiyevin komandası qalib gələrək birinci pillədə möhkəmlənib - 1:0.

Misli Premyer Liqası
V tur

30 avqust

17:45 "Turan Tovuz" – "Səbail" 1:0

Qol: A. Serrano, 33
Baş hakim: Rəşad Əhmədov
Tovuz şəhər stadionu

"Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 13. Fərid Yusifli, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con, 21. Aleks Souza

Ehtiyat oyunçular: 71. Mehman Hacıyev, 41. Sergey Samok, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 7. İsmayıl Zülfüqarlı, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 20. İbrahim Ramazanov, 9. Kristian da Silva, 6. Araş Qaderi, 11. Ayxan Quseynov

Baş məşqçi: Kurban Berdiyev

"Səbail”: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 5. Gitay Sofir, 14. Suleyman Alluş

Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 17. Gülağa Əsədov, 10. David Qomis, 7. Madi Queta

Baş məşqçi: Şahin Diniyev

writer photo
Əlirza Əlirzalı
0