Ostravadan Tallinə: 27 oyunluq seriyaya son
14.10.2023 - 17:33
Ostravadan Tallinə: 27 oyunluq seriyaya son

Azərbaycan millisi dünya və Avropa çempionatlarının seçmə mərhələlərində yaşadığı uğursuz seriyaya son qoyub.

Apasport.az xəbər verir ki, yığmamız 7 ildən sonra qapısının toxunulmazlığını saxlaya bilib.

Bu, AVRO-2024-ün Estoniya ilə Tallindəki qarşılaşmasında gerçəkləşib. Yığmamız 2:0 hesablı səfər qələbəsi qazanıb.

Milli sonuncu dəfə 2016-cı il oktyabrın 11-də seçmə oyunda qol buraxmamışdı. Həmin gün Ostravada Çexiya ilə qarşılaşma sülhlə başa çatıb – 0:0. Bu, DÇ-2018-in seçmə mərhələsində təsadüf edib.

AVRO-2020 və DÇ-2022-nin bütün qarşılaşmalarında qol buraxan Azərbaycan millisi 27 matçda quru oyuna həsrət qalıb. Bu müddətdə komandamız 66 qol buraxıb.

Qeyd edək ki, seriyada Millətlər Liqası nəzərə alınmayıb və yalnız seçmə görüşlərə şamil olunub.
 

writer photo
Əlirza Əlirzalı
0