"Səbail" serb futbolçu icarəyə götürdü - FOTO
11.02.2023 - 20:41
"Səbail" serb futbolçu icarəyə götürdü - FOTO

“Səbail” PFK Macarıstanın “Uypeşt” komandasından icarə əsasında Matiya Lyuyiçi heyətinə cəlb edib.

Apasport.az xəbər verir ki, serbiyalı hücumameyilli yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə bağlanıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu daha əvvəl Serbiya və Macarıstandan başqa, Litva, Yeni Zelandiya, Portuqaliya, İsrail və Cənubi Koreyada da legioner karyerası yaşayıb. 

writer photo
Əlirza Əlirzalı
0