"Latsio"nun futbolçusu avtomobil qəzası keçirib
23.08.2024 - 16:05
"Latsio"nun futbolçusu avtomobil qəzası keçirib

Seriya A təmsilçisi "Latsio" bu səhər futbolçusundan gələn xəbərlə sarsılıb.

Apasport.az xəbər verir ki, komandanın formasını geyinən Luka Pelleqrini avtomobil qəzası keçirib.

Sol cinah müdafiəçisi məşqə gedərkən diqqətsizlik ucbatından qarşıdan gələn avtomobillə toqquşub. Klub tərəfindən verilən açıqlamaya görə, futbolçunun vəziyyəti ağır deyil. 

Qeyd edək ki, 25 yaşlı Pelleqrini Roma təmsilçisinin heyətinə ötən il qoşulub.

writer photo
Əlirza Əlirzalı
0