"Bavariya" Joau Palinya transferindən imtina etdi
16.01.2024 - 15:09
"Bavariya" Joau Palinya transferindən  imtina etdi

"Fulhem"in futbolçusu Joau Palinyanın Münhen klubuna transferi ləğv olunub.

Apasport.az xəbər verir ki, "Bavariya" 28 yaşlı yarımmüdafiəçini transfer etmək fikrindən imtina edib.

Məlumata görə, klub rəhbərliyi transfer üçün 50 milyon avronu xərcləmək istəməyib. Komanda daha çox müdafiə xəttini gücləndirməyə diqqət yetirmək istədiyini bildirib.

Qeyd edək ki, Palinya bu mövsüm "Fulhem"in heyətində 20 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0