Ən çox heç-heçə qeydə alınan liqalar açıqlanıb.
Apasport.az saytının məlumatına görə, hər çempionatın ən son 200 matçında qeydə alınan bərabərlik sayı əsas götürülüb.
Cədvələ İspaniya Primerasının RFEF divizionunun 2-ci qrupu başçılıq edir. Burada son 200 oyundan 81 sülh yaşanıb. Bu, 40,5 faizə bərabərdir.
İkinci yerin üç şəriki böyük fərqlə geri qalır. İngiltərə Liqa2, İspaniya Sequnda və Misir 1-ci divizionda 200 matçda 70 heç-heçə olub.
“Top-15”də İspaniyanın 5, İtaliyanın 3, İngiltərənin 2 liqası yer alıb. Yüksək dəstələrdən Kolumbiya, Macarıstan və İsveçrə “sülhsevərlər” sırasındadır.
1. İspaniya, Primera RFEF 2-ci qrup - 81
2-4. İngiltərə Liqa2 - 70
İspaniya Sequnda - 70
Misir 1-ci divizion - 70
5-6. Fransa Nasional - 69
İspaniya Tersera, 1-ci qrup - 69
7-8. İtaliya B seriyası - 68
Kolumbiya A Primerası - 68
9-12. İngiltərə Nasional, Şimal - 65
İtaliya C seriyası, B qrupu - 65
İtaliya C seriyası, C qrupu - 65
İspaniya Tersera, 18-ci qrup - 65
13-15. Macarıstan NB1 - 63
İsveçrə Super Liqası - 63
İspaniya Tersera, 3-cü qrup – 63