Felipe Santos Azərbaycana qayıdır
10.07.2024 - 13:40
Felipe Santos Azərbaycana qayıdır

Təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gün Türkiyəyə yola düşən “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində işlər aparır.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi heyətini braziliyalı yarımmüdafiəçi Felipe Santosla gücləndirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə müqavilənin müddəti 1 ildir. 27 yaşlı futbolçu “qırmızı-ağlar”ın düşərgəsinə Ərzurumda qoşulacaq. 

Yerli azarkeşlər üçün tanış sima olan və yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran Felipe Santosun son klubu İsrail “Hapoel Hayfa” olub. Karyerasına vətənində başlayan futbolçu “Palmeyras”ın uğurları üçün tər töküb. 2018-ci ildə yolunu Sloveniya çempionatına salan Santos əvvəlcə “Ankaran”, sonra isə “Maribor”un heyətində yer alıb. O, “Maribor”dan sonra Azərbaycana gəlib. “Şamaxı”nın formasını geyinib, sonra “Qəbələ”nin qələbələri üçün çalışıb. 

Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərov, Ömər Buludov, Benny, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Küzmanoviçlə müqaviləni yeniləyib.
 

writer photo
Əlirza Əlirzalı
0