“Real”dan Asensioya XƏBƏRDARLIQ
11.01.2023 - 10:00
“Real”dan Asensioya XƏBƏRDARLIQ

İspaniyanın “Real” klubu futbolçusu Marko Asensioya xəbərdarlıq edib.

Apasport.az saytı xəbər verir ki, Madrid təmsilçisi hücumçusunun müqavilənin uzadılması təklifinə ən qısa zamanda cavab verməsini tələb edib. 

Oyunçu gecikməyə davam edərsə, onun komandada saxlanılmayacağı bildirilib. Asensio isə “Real” ilə müqaviləni yeniləməyə tələsmir. O, bunu Madrid klubunda kifayət qədər meydana çıxa bilməyəcəyi ilə əlaqələndirib. 

Qeyd edək ki, 2016-cı ildən “kral klubu”nun şərəfini qoruyan 26 yaşlı futbolçu davam edən mövsümdə 26 oyunda 3 qol və 6 assistlə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0