Bu həftə milli komandaların oyunlarına start veriləcək.
Apasport.az saytı yığmaların ən yaxşı bombardirlərinin siyahısını təqdim edir.
Futbol tarixində yalnız iki oyunçu 100 qol səddini keçib. Dünya rekordu Kriştiano Ronaldoya məxsusdur. Onun kimi Əli Daei də 100-ü geridə qoyub. Lionel Messini bu yubileydən 2 top ayırır.
Qeyd edək ki, ümumilikdə 14 futbolçu millidə 75 və ya daha çox qol vurub.
1. Kriştiano Ronaldo (Portuqaliya) - 118
2. Əli Daei (İran) – 109
3. Lionel Messi (Argentina) - 98
4. Moxtar Dahari (Malayziya) – 89
5-6. Ferens Puşkaş (Macarıstan) – 84
Sunil Çetri (Hindistan) – 84
7. Ali Mabut (BƏƏ) - 80
8. Qodfri Çitalu (Zambiya) – 79
9-10. Husseyn Səid (İraq) – 78
Robert Levandovski (Polşa) – 78
11. Pele (Braziliya) – 77
12-14. Şandor Koçiş (Macarıstan) – 75
Kunişiqe Kamamoto (Yaponiya) – 75
Bəşər Abdulla (Küveyt) - 75