“Beşiktaş” Fernandeslə müqaviləni artırdı
13.09.2023 - 17:31
“Beşiktaş” daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb.
Apasport.az saytı xəbər verir ki, “qara qartallar” yarımmüdafiəçi Gedson Fernandesin razılaşmasının 2026/27 mövsümünün sonuna qədər uzadıldığını açıqlayıb.
Komandanın aparıcı futbolçularından olan 24 yaşlı portuqaliyalı bu komandanın bir parçası olmaqdan qürur duyduğunu deyib: “İnanıram ki, bizi bu mövsüm möhtəşəm nəticələr gözləyir. Bu komandanın azarkeşlərini sevindirmək mənə xoşbəxtlik verir”.
Qeyd edək ki, 2022-ci ildən “Beşiktaş”da oynayan Fernandes 45 matçda 4 qol vurub.
0
0