“Mançester Yunayted” Maquayra qiymət qoydu
10.07.2023 - 17:14
“Mançester Yunayted” Maquayra qiymət qoydu

“Mançester Yunayted” futbolçusu Harri Maquayrı satacağı qiyməti müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu müdafiəçi üçün 50 milyon funt sterlinq tələb edir.

Lakin hansısa klubun bu məbləği ödəyəcəyi inandırıcı deyil. Klub rəhbərliyi ona müştəri axtarmaqda fəallıq göstərmir. 

Maquayr komandada mərkəz müdafiəçisi mövqeyində 5-ci sayılır. Baş məşqçi Erik Ten Haq Rafael Varan, Lisandro Martines, Viktor Lindelef və Lük Şouya daha çox güvənir.

Qeyd edək ki, Harri 2019-cu ildə 80 milyon funta transfer olunub.

writer photo
Əlirza Əlirzalı
0