Reqilon “Tottenhem”ə QAYITDI
04.01.2024 - 17:29
Reqilon “Tottenhem”ə QAYITDI

Cinah müdafiəçisi Serxio Reqilon "Mançester Yunayted"dəki icarə müddətini erkən bitirib.

Apasport.az xəbər verir ki, “Tottenhem”in rəsmi saytında futbolçunun komandaya qayıtdığı açıqlanıb.

Qeyd edək ki, Reqilon mövsümün sonuna kimi “Mançester Yunayted”ə icarəyə verilib, lakin klub müqaviləyə yanvarda  icarəyə xitam vermək variantını daxil edib. Mankunianlar bu fürsətdən yararlanaraq Reqilonu vaxtından əvvəl "Tottenhem"ə qaytarıb.

Serxio bu mövsüm İngiltərə Premyer Liqasında 9 oyun keçirib, fərqlənə bilməyib. 

writer photo
Əlirza Əlirzalı
0