Gimarayeş üçün 120 və 125 milyon avro
10.05.2023 - 21:13
Gimarayeş üçün 120 və 125 milyon avro

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş nəhəng klubların hədəfindədir.

Apasport.az xəbər verir ki, “Barselona”, “Liverpul” və PSJ braziliyalı futbolçunun transferində maraqlıdır.

Bruno üçün liverpullular 100 milyon, parislilər isə 125 milyon avro ödəməyə hazırdır. Kataloniyalılar isə bu işi 2024-cü ilə saxlamaq niyyətindədir. Transferin reallaşması üçün klub maliyyə tarazlığını qorumaq istəyir.

Qeyd edək ki, “Nyukasl” Brunonu komandada saxlamaq istəyir və ona rekord müqavilə təklif edəcək. 
 

writer photo
Əlirza Əlirzalı
0