Sloveniya və Danimarkadan vacib qələbə
15.10.2023 - 01:42
Sloveniya və Danimarkadan vacib qələbə

 

Avropa çempionatının seçmə mərhələsində növbəti oyun günü arxada qalıb.

Apasport.az saytı xəbər verir ki, Macarıstan yığması final mərhələsinə yüksəlmək üçün əla şans qazanıb.

Öz meydanın qrupun güclü komandalarından Serbiyaya qalib gələn macarlar vahid lider olublar. Rəqiblərindən bir oyun az keçirən Macarıstan onlardan üç xal öndədir.

H qrupunda Sloveniya və Danimarka növbəti qələbələrini qazanıblar. 16 xala malik hər iki komanda ən yaxın rəqiblərini məğlub ediblər. İndi onlar Finlandiya və Qazaxıstanı 4 xal qabaqlayırlar.

 

AVRO-2024, seçmə mərhələ
13 oktyabr
C qrupu

Ukrayna – Şimali Makedoniya - 2:0
Qollar: Sudakov, 30. Karavayev, 90+5.
İtaliya – Malta - 4:0
Qolllar: Bonaventura, 23. Berardi, 45+1; 63. Frattezi, 90+3
İngiltərə – 13, İtaliya – 10, Ukrayna – 10, Şimali Makedoniya – 7, Malta – 0 xal.

G qrupu
Bolqarıstan – Litva - 0:2
Qollar: Sirvis, 45; 55
Macarıstan – Serbiya - 2:1
Qollar: Varqa, 20. Sallai, 34 – Pavloviç, 33.
Macarıstan - 13, Serbiya – 10, Monteneqro – 8, Litva – 5, Bolqarıstan - 2 xal.

H qrupu
Şimali İrlandiya – San-Marino - 3:0
Qollar: Smit, 5. Maqenis, 11. Makmenamin, 81.
Sloveniya – Finlandiya - 3:0
Qollar: Sesko,16 (pen.); 28. Yanza, 90+2
Danimarka – Qazaxıstan - 3:1
Qollar: Vind, 36. Skov, 45+1; 48 - Voroqvskiy, 58.
Sloveniya – 16, Danimarka – 16, Finlandiya – 12, Qazaxıstan – 12, Şimali İrlandiya – 6, San-Marino – 0 xal.

writer photo
Əlirza Əlirzalı
0