Slovakiyalı məşqçi Azərbaycan millisinin hansı özəlliyini fərqləndirdi?
09.06.2022 - 18:29
Slovakiyalı məşqçi Azərbaycan millisinin hansı özəlliyini fərqləndirdi?

“Baş məşqçinin istefası asan vəziyyət deyil. Amma biz peşəkarıq, mövcud durumu idarə etməliyik”.

Apasport.az saytının məlumatına görə, bunu Slovakiya yığmasında baş məşqçi səlahiyyətlərini icra edən Samuel Slovak Millətlər Liqasının III turunda Azərbaycanla keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis C liqasının III qrupu çərçivəsində “Dalğa Arena”da baş tutacaq qarşılaşma ilə bağlı bu fikirləri səsləndirib: “Azərbaycan yaxşı müdafiə olunan, topla rəftar etməyi bacaran komandadır. Texniki cəhətdən yaxşıdırlar. Rəqibə hörmətlə yanaşırıq. Ancaq biz sabahkı matçda daha çox özümüz barədə düşünməliyik. Qələbə qazanmaq istəyirik. Oyuna köklənməli, özümüzə inanmalı və qarşımıza qoyduğumuz məqsədə doğru irəliləməliyik”.

writer photo
Əlirza Əlirzalı
0