“Roma” “Olimpiakos”dan futbolçu alır
30.08.2022 - 11:07
“Roma” “Olimpiakos”dan futbolçu alır

“Roma” zədələnən Jorjinyo Veynalduma əvəzləyici tapıb.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu Medi Kamaranı heyətinə qatacaq.

Yunanıstanda “Olimpiakos”un şərəfini qoruyan yarımmüdafiəçi tibbi müayinədən sonra müqavilə imzalayacaq. 25 yaşlı qvineyalının bir illik icarəsi üçün 1,2 milyon avro ödəyəcək. Romalılar gələn yay Kamaranı 12 milyona transfer etmək hüququna da yiyələnəcək.

Kamara ötən mövsüm 45 matçda 2 qol vurub. Onun Pirey təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, “Olimpiakos” Avropa Liqasının qrupunda Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir.
 

writer photo
Əlirza Əlirzalı
0