“Sabah”dan ayrılacağı gözlənilən Bəxtiyar Həsənalızadənin keçə biləcəyi klublar müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi üç klubun maraq dairəsindədir.
Bakı təmsilçisi ilə müqaviləsi bu yay başa çatan millimizin üzvünə “Sumqayıt”, “Qəbələ” və “Səbail” klublarından təklif gəlib. Bəxtiyar yeni mövsümün startına qədər bu üç klub arasında seçim etməlidir. “Gənclik şəhəri” təmsilçisinin yetirməsi olan Həsənalızadənin özü üçün doğma sayılan komandaya keçmək ehtimalı daha yüksəkdir.
Qeyd edək ki, Bəxtiyar karyerası ərzində “Sabah” və “Sumqayıt”la yanaşı, həm də “Zirə”də oynayıb.