"Qarabağ"ın futbolçusu milliyə çağrılıb
04.09.2024 - 15:55
"Qarabağ"ın futbolçusu milliyə çağrılıb

“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair milli komandasına dəvət alıb.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Əlcəzair millisi Afrika Millətlər Kubokunun E qrupunda Ekvatorial Qvineya (5 sentyabr) və Liberiya (10 sentyabr) komandaları ilə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0