Ramil Şeydayev Premyer Liqaya qayıdır
14.07.2024 - 15:00
Ramil Şeydayev Premyer Liqaya qayıdır

Azərbaycan milli komandasının forvardı Ramil Şeydayevin Premyer Liqaya qayıtması an məsələsidir.

Apasport.az saytına verilən məlumata görə, “Kocaelispor”un sabiq üzvü özü də Azərbaycana qayıtmaq istəyir.

Amma onun üçün prioritet məsələ “Qarabağ”a qayıtmaq idi. Lakin onun istəyi baş tutmayıb. Bu anda isə Şeydayevə “Neftçi”dən təklif gəlib. Roman Qriqorçuk onu sərəncamında görmək istəyib.

Şeydayev isə ukraynalı mütəxəssisin gəlişindən sonra “Neftçi”dəki vəziyyətin dəyişəcəyinə ümid etdiyi üçün bu təklifi qəbul edib. Lakin hələ ki, danışıqlar gedir. 

writer photo
Əlirza Əlirzalı
0