Azərbaycan millisi Gürcüstana qarşı
24.07.2024 - 09:33
Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Gürcüstan yığması ilə qarşılaşacaq.
Görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, ilk oyunda Albaniyanı 72:53 hesabı ilə məğlub edən millimiz qrupdakı sonuncu görüşünü iyulun 25-də Ermənistana qarşı keçirəcək.
0
0