"Qəbələ"nin 3 futbolçusu autsayderə qarşı oynamayacaq
23.02.2023 - 21:41
"Qəbələ"nin 3 futbolçusu autsayderə qarşı oynamayacaq

"Qəbələ"nin 3 futbolçusu "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının XXIV tur oyununda iştirak etməyəcək.

Apasport.az xəbər verir ki, qapıçı Kristof Atanqana fərdi məşqlərlə kifayətlənir. Yarımmüdafiəçi Omar Ruhani hazırlıq prosesində zədələnib. Müdafiəçi Rüfət Əhmədov bərpa prosesini davam etdirir.

Zədəsini sağaldan Ramon Maşadu isə komandanın məşqlərinə qoşulub.

Qeyd edək ki, sabah keçiriləcək "Səbail" – "Qəbələ" oyunu saat 19:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0