"Sabah" böyük hesablı qələbə qazandı
19.05.2024 - 21:39
"Sabah" böyük hesablı qələbə qazandı

19 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL)  final seriyasının ikinci oyunu baş tutub.  "Sabah" və "Xəzri" komandaları arasında final seriyasının ikinci oyununa son çempion fəal başlayıb.

Apasport.az xəbər verir ki, oyunun əvvələrindən rahat şəkildə üstünlüyü ələ keçirən "Sabah", yekunda 94-63 hesablı önəmli qələbə qazanıb. Bu qələbə ilə "Sabah" final seriyasında hesabı bərabərləşdirib 1-1.

Ən məhsuldar basketbolçular: "Sabah" (Artyoms Butyankovs - 21 xal, 6 asist), "Xəzri" (Amil Həmzəyev - 21 xal, 7 ribaund) 

Qeyd edək ki, final seriyasının üçüncü oyunu 22 may tarixində keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0