Təl-Əviv “Makkabi”si Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə cavab oyununa əsas heyətlə çıxacaq.
Apasport.az saytı xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilib ki, Bakıdakı 3:0 hesablı qələbəyə baxmayaraq, baş məşqçi Vladimir İviç “Dalğa Arena”da meydana buraxdığı start “11-liy”ində ciddi dəyişiklik etməyəcək. Yalnız xəstə olduğu üçün səfər oyununa gətirilməyən müdafiəçi İdan Naxmiasın yenidən heyətdəki yerini alması gözlənilir.
Çalışdırıcı vinger Oskar Qluxla bağlı da qərarını verib. İviç gənc oyunçunun atası tərəfindən sərt şəkildə tənqid olunmasına baxmayaraq, Qluxu komandadan uzaqlaşdırmaq fikrində deyil. O, hətta klubun yetirməsinə start heyətində şans verməyi düşünür.
Zədəsini sağaldan müdafiəçi Nir Biton və yarımmüdafiəçi Dan Qleyzerin isə ikinci hissədə meydana çıxması gözlənilir.
Qeyd edək ki, sabah Təl-Əvivdə baş tutacaq “Makkabi” – “Zirə” oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.