Yaylagül Ramazanova sıralama turuna 30-cu cütdə başlayacaq
24.07.2024 - 13:58
Yaylagül Ramazanova sıralama turuna 30-cu cütdə başlayacaq

Paris-2024 Olimpiadasında kamandan oxatma yarışları üzrə püşk atılıb.

Apasport.az xəbər verir ki, mübarizəyə ilk start verəcək Azərbaycan idmançısı Yaylagül Ramazanovanın sıralama turuna 30-cu cütdə başlayacağı müəyyənləşib.

Bakı vaxtı ilə saat 11:30-da start götürəcək bu mərhələdə Yaylagül B zolağından hədəfi nişan alacaq.

Qeyd edək ki, sıralama turunda 64 oxatan yarışacaq.

writer photo
Əlirza Əlirzalı
0