“Mançester Yunayted”dən sonra “İnter”
18.08.2023 - 20:56
“Mançester Yunayted”dən sonra “İnter”

Benjamin Pavar “Bavariya”da qalmaq niyyətində deyil.

Apasport.az saytı xəbər verir ki, “Mançester Yunayted”dən sonra “İnter” də müdafiəçi ilə maraqlanır.

Münhen klubunun yüksək transfer məbləği istəməsi danışıqları düyünə salıb. “Bavariya” 27 yaşlı futbolçunu 40 milyondan ucuz satmaq niyyətində deyil. Amma “İnter”in təklifi 25 milyon avrodur. Bu gün və sabah danışıqların növbəti mərhələsi olacaq. Pavarın getmək arzusu münhenliləri güzəştə getməyə məcbur edə bilər.

Qeyd edək ki, Fransa yığmasının üzvü 2019-cu ildən “Bavariya”da çıxış edir. O, komandanın heyətində 163 oyun keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0