Millimiz Rusiyaya məğlub olub
20.02.2024 - 14:34
Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub.
U-17 turnirdə növbəti oyununu fevralın 22-də Özbəkistanın 18 yaşadək futbolçulardan ibarət kollektivinə qarşı keçirəcək.
Milli ilk matçında Belarusun U-18 komandasına yenilib - 0:2.
0
0