Villian karyerasını bitirəcəyi vaxtı açıqladı
23.09.2022 - 22:37
Villian karyerasını bitirəcəyi vaxtı açıqladı

Villianın karyerasını bitirəcəyi vaxt bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu braziliyalı yarımmüdafiəçinin özü açıqlayıb.

Hazırda “Fulhem”in formasını geyinən futbolçu hələ futbolla vidalaşmaq fikrində deyil: “Hardasa 40 yaşınadək oynayacağam. Dəqiq demək çətindir. Amma ildən-ilə irəliləyəcəm. İngiltərə Premyer Liqasında 40 yaşında oynamaq çətindir. Amma 38 yaşlı Tyaqo Silvaya baxın. O, özünü əla göstərir. Onun nümunəsi məni ruhlandırır”.

Qeyd edək ki, 34 yaşlı cənubi amerikalının “Fulhem”lə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0